Prezidentlər nə yeyir? - Aşpazları danışır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məşhur siyasətçilərin və kral ailələrinin aşpazları onların üstünlük verdiyi yeməklərdən danışıblar.
Milli.Az lent.az-a istinadən bildirir ki, məşhur aşpazların ildə bir dəfə toplaşdığı "Chefs de Chefs" klubunun iclasında kulinariya yenilikləri müzakirə olunur.
Hər il bu klub dünyanın hər yerindən dövlət başçılarının aşpazlarını bir araya gətirir. Təşkilat 1977-ci ildən fəaliyyət göstərir.
Ağ Evdə 25 il çalışmış aşpaz Kris Komerfordun sözlərinə görə, Co Bayden və Kamala Harrisin oxşar üstünlükləri var. Onlar ağır iş günündən sonra sadə və qidalı yeməklərə üstünlük verirlər. Aşpaz deyir ki, onlar pomidor sousu ilə makaron sevirlər.
İtaliya prezidenti Sercio Matarellanın aşpazının dediyinə görə, prezidentin menyusunda praktiki olaraq heç bir xarici yemək yoxdur, pizzanı çox sevir.
İngiltərə kral ailəsinin aşpazı Mark Flanaqanın dediyinə görə, kraliyyət ailəsi çox vaxt balıq və tərəvəz yeyir. O, təhlükəsizlik baxımından Kral III Karlın ən sevimli yeməyinin adını çəkməsə də, yeməklərə çox maraq göstərdiyini və italyan mətbəxini çox sevdiyini qeyd edib.
Monako şahzadəsi Albertin aşpazının dediyinə görə, o, yarı italyan, yarı fransız hesab edilən Riviera mətbəxini sevir.
Rusiya prezidenti Vladimir Putin səhərlər sıyıq yeməyi sevir. Rusiya prezidentinin menyusuna təzə tərəvəzlərdən, kəsmikdən və baldan hazırlanan salatlar da daxildir. Ət və balıq arasında seçim olsa, balığa üstünlük verir. Quzu ətini sevir.
May ayında Çin prezidenti Si Cinpinin Putinə verdiyi ziyafətdə Rusiya prezidenti Çin mətbəxinin yeməkləri arasında Pekin ördəyini xüsusi qeyd etdiyini bildirib.
Türkiyənin məşhur aşpaz-qəssabı Cüneyt Asan 25 ildən çoxdur Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi aşpazıdır. O bildirib ki, Ərdoğanın yemək seçimində heç kaprizi yoxdur: "Bütün yeməkləri də həkim nəzarəti altında hazırlanır. Əsasən, ət yeməyini, antrikotu və quzu ətini sevir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
ABŞ 50 ölkə vətəndaşı üçün viza girovunu 20 min dollara qədər artırıb
-
Rusiyada banklardan rekord həcmdə nağd pul çıxarıldı
-
İspaniya Baş naziri Aİ-ni ittiham etdi: “Bu yanaşma qəbuledilməzdir”
-
Rusiya Ukraynanın hərbi itkiləri ilə bağlı yeni rəqəmlər açıqladı
-
Kobaxidze: Gürcüstanda terror təhlükələrinin qarşısı vaxtında alınıb
-
Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq
XƏBƏR LENTİ
-
Avqust üçün ən yaxşı – Qarpız pəhrizi
-
Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida
-
Avqust ayında bürcləri nələr gözləyir?
-
Yüksək təzyiqi olanlar üçün ən faydalı pendir
-
Dondurulmuş su butulkası otağı sərinləşdirə bilərmi?
-
Gecə qəhvə içməyin təsiri
-
"Onların yoxluğu dərin bir boşluqdur"
-
"Bala hatun" yeni serialda
-
Masallıda maşın aşdı - Xəsarət alan var
-
Bu bürclər üçün ağ günlər başlayacaq
-
Azyaşlı futbolçu faciəvi şəkildə öldü
-
Sənur Əzizov həbs edildi
-
Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı
-
Argentinada ən istedadlı gənc futbolçu qəzada öldü
-
Prezident İlham Əliyev Nəriman Həsənzadənin vəfatı ilə əlaqədar paylaşım edib - (Foto)
-
"Qara Tofiq" vəfat etdi
-
ABŞ 50 ölkə vətəndaşı üçün viza girovunu 20 min dollara qədər artırıb
-
"Nilay" "Kızılcık şerbeti"ndən gedir
-
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
-
Lerikdə zəlzələ olub
-
Azərbaycan banklarına əhalinin əmanətləri il ərzində 15 %-dən çox artıb
-
Rusiyada banklardan rekord həcmdə nağd pul çıxarıldı
-
12 avqustla bağlı narahatedici proqnoz: Dünyada nə baş verəcək?
-
Corcio Armani haqda serial çəkilir





