Dünya

İsrail Suriyada yaşayış binasına zərbə endirib, 7 nəfər həlak olub

8 Oktyabr 2024 23:55
Baxış: 341
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin Suriya paytaxtı Dəməşqin Mezza məhəlləsində yaşayış binasına endirdiyi zərbələr nəticəsində azı 7 mülki şəxs həlak olub, daha 11 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi öz "Facebook" səhifəsində yazıb.

Nazirlik bildirib ki, İsrail ordusu Colan təpələrindən üç raket atıb və Mezza məhəlləsindəki yaşayış və ticarət binasına zərbələr endirib.

Məlumata əsasən, hücum zamanı aralarında uşaq və qadınların da olduğu 7 mülki şəxs həlak olub, daha 11 nəfər yaralanıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.