Ölkə

Bakı “Əmək Şöhrəti Şəhəri” adına layiq görülən ilk şəhər ola bilər

9 Oktyabr 2024 00:20
Baxış: 304
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı "Əmək Şöhrəti Şəhəri" adına layiq görülən ilk şəhər ola bilər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə MDB-nin Baş katibi Sergey Lebedev bildirib.

Onun sözlərinə görə, MDB-də "Əmək Şöhrəti Şəhəri" adına ilk olaraq Bakı, Daşkənd və digər paytaxtlar layiq görülə bilər.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin MDB dövlət başçılarının sammitində Birlik məkanında "Əmək Şöhrəti Şəhəri" adının təsis edilməsini təklif edib.

Rusiya Federasiyasının prezidenti qeyd edib ki, bu, Böyük Vətən Müharibəsində qələbənin əldə olunmasında əməyi olan xalqların kollektiv şücaətinin tanınması və hörmət rəmzinə çevriləcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.