Şou-biznes

Afətin oğlunun toyuna ən çox pulu bu məşhur YAZDIRIB - FOTO

8 Oktyabr 2024 15:40
Baxış: 4 374
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, müğənni Afət Fərmanqızı oğluna toy keçirib.

Milli.Az xəbər verir ki, toy səhəri "Rəngarəng" verilişinin qonağı olan sənətçi bir çox məqamlara aydınlıq gətirib. 

Toyuna gələn şou nümayəndələrinə təşəkkürünü bildirən Afət gəlməyib, pul göndərənlərə isə onların pulu yox, özünü məclisdə görmək istədiyini deyib.

O, aparıcının xoş gününə ən çox kimin pul yazdırması barədə suala ehtiyatla cavab verib. Toyuna gəlməyib, nəmər göndərən keçmiş müğənni, hazırda iş xanımı kimi fəaliyyətinə davam edən Ruhi Əliyevaya efir vasitəsilə təşəkkürünü bildirib. 

Aparıcı Zaur Nəbioğlunun onun toya 5 min dollar yazdırdığına işarə verib. Fərmanqızı xoş gününə "5 min" yazdıranların çox olduğunu yazdıraraq, dolayısı yolla sözügedən məşhurun həmin məbləği göndərdiyini etiraf edib.

Aparıcı isə 5 min dolların yalnız bir nəfərin yazdırdığını bildirib.

Qeyd edək ki, müğənninin oğlu Hüseyn Fidan adlı xanımla ailə qurub.
 

Hüseyn 
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.