“İnarə Quliyeva oteldə yox, kinostudiyada qaldı, incidi, Azərbaycanı tərk etdi” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"1984-cü ildə "Azərbaycanfilm" kinostudiyasında bir film çəkilirdi. Mən o filmin adını demək istəmirəm. Çünki filmi çox hörmətli rejissorlardan biri lentə alırdı, rəhmətə gedib artıq. Etik nöqteyi nəzərdən həmin rejissorun adını hallandırmaq istəmirəm. O kişinin heç bir günahı yoxdur. Günah filmin inzibatçılarında idi. Onların laqeyd və məsuliyyətsiz hərəkətlərinə görə İnarə Quliyeva bizdən küsüb incidi"
Milli.Az bildiir ki, bunu Moderator.az -a açıqlamasında Dövlət Film Fondunun direktoru Cəmil Quliyev deyib. O daha sonra İnarə Quliyevanı Azərbaycandan incik salan səbəblərdən danışıb.
"İnarə xanım həmin filmin sınaq çəkilişlərinə dəvət olunmuşdu. Təyyarə təxminən saat 3-də enmişdi Bakıya, İnarə xanım hardasa saat 4-də kinostudiyada idi. Gətirdilər onu, çay falan içdi. 1-2 saat da orada qaldı, artıq iş vaxtı bitirdi. Ona dedilər ki, İnarə xanım, sizin üçün mehmanxana tapmamışıq, heç cür alınmır, bu gecə otaqda qalın, səhər sizi mehmanxanaya yerləşdirərik. İnarə xanım təbii ki, incidi və tələb edərək dedi ki, səhər biletimi alın, Moskvaya qayıdıram. Səhər saat 1-də uçub Moskvaya getdi. O zaman Moskvaya 4-5 reys var idi. Həmin hadisədən sonra İnarə Quliyeva bir daha Azərbaycana gəlmədi. O bu hadisəni ona qarşı hörmətsizlik kimi qəbul etdi və üz döndərdi. Mən bu hadisənin canlı şahidiyəm. Başqaları ola bilsin ki, nəsə deyə bilər, amma mən bu işin içində olmuşam. Hətta İnarə xanıma təklif etdim ki, bizə getsin. Anam o vaxtı sağ idi. O dedi ki, mən prinsipial olaraq getməyəcəm və kinostudiyada qalacam, filmə də çəkilmək istəmirəm" deyə o bildirib.
Cəmil Quliyev bildirib ki, İnarə Quliyevadan o illərdən sonra xəbər almayıb.
"Sonuncu dəfə İnarə xanımı elə orada görmüşəm. Ondan sonra görməmişəm, çünki həmin hadisədən sonra gəlməyib. Moskvada olanda onun çalışdığı teatrın tamaşalarına getdim. Həmin gün o səhnədə yox idi, "Silva" tamaşasında onun dublyoru səhnəyə çıxmışdı. Zaman çox keçib. 1988-ci il idi. Mən onun xətrini çox istəyirəm. O da, Səfurə İbrahimova da ömrümün axırına qədər mənim yadımda qalacaqlar. Uzun illər sonra "O üz" verilişinə açıqlama vermişdi. Mənim haqda, babam haqda ürəkdolusu danışmışdı. Hətta mənə o Moskvadan gələndə hədiyyələr də gətirmişdi. Çox xoşbəxtəm ki, onunla birgə "Alma-almaya bənzər" filmində çəkilmişəm" deyə Cəmil Quliyev deyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
-
"Məni ad günlərinə çağırmayın", deyən Röya onun doğum günündə – (Fotolar)
-
Rüstəm Cəbrayılovun 3-cü dəfə evləndiyi xanımı ilə Fotoları
XƏBƏR LENTİ
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)





