"Dələduzluqla məşğul olur, ona-buna pul “atır” - Namiq biabır etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son vaxtlar telekanallarda qonaq olan sənət adamlarının dilindən tez-tez kişi-qadın münasibətlərinə dair fikirlər eşitmək olur. Onlar adətən "Kişi qazanmalı, evə mütləq kişi baxmalıdır" məzmunlu hökmlər verirlər.
Bu məsələ cəmiyyətdə müxtəlif fikirlər yaradır. Bəziləri iddia edir ki, hər kişi milyon qazana bilməz. Hamı nazir, müdir ola bilməz. Hərənin bir şansı var, tək kişi qazanmalıdır demək, bunu təbliğ etmək düzgün deyil.
Milli.Az bildirir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan Aşıq Namiq Fərhadoğlu bildirib ki, xanımların çalışıb ailəsinə dəstək olmasında heç bir problem yoxdur, əksinə bu, yaxşı haldır:
"Bu cür məsələlərin efirdə müzakirə olunması gülüncdür. Kişi həmişə pul qazanıb. Mən gədəbəyliyəm, ta qədimdən bizdə atam işləyib, evi saxlayıb, mən gözümü açandan bu cür görmüşəm. Biz həmişə belə görmüşük. Amma bu gün vəziyyət fərqlidir, bəzən kişi ilə bərabər xanımı da müəllim, həkim, dərzi kimi işləyir. Burada nə var? Xanımın da çalışmağının nəyi pisdir?"
Sənətçi bildirib ki, müzakirə olunmalı əsas məsələ ailəyə gələn qazancın halal yolla əldə edilməsidir:
"Bir evə iki yerdən halal qazanc gəlirsə, bu niyə pis hesab olunmalıdır? Amma kişinin qazancı yaxşıdırsa, ailəsini, uşaqlarını maaşı ilə saxlaya bilirsə, qadının işləməyinə ehtiyac görmürəm. Amma həmişə belə olmur, hər ailənin qazancı eyni deyil, bəzən kişi yaxşı qazana bilmir, xanımı da çalışıb ona dəstək olur, ikisi birlikdə ailəni saxlayırlar. Mənə görə əsas olan həmin pulun halallıqla qazanılmasıdır.
Ələxüsus da insan namusu, qeyrəti ilə işləməsidir, istər xanım, istərsə bəy olsun, bu, vacibdir. Bu gün bəzi kişilər gedib dələduzluqla məşğul olur, ona-buna pul "atır", belə pul kimə lazımıdır?!
Bu, xanımlara da aiddir, insan gərək namusu ilə pul qazanıb ailəsinə halal ruzi gətirsin".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





