Dünya

Ermənistanda prokurorluğa məmurlarla bağlı cinayət işləri təqdim ediləcək

7 Oktyabr 2024 08:10
Baxış: 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda müxalifətçilər çərşənbə günü saat 12:00-da prokurorluğun binasının qarşısında toplaşacaqlar.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Müqəddəs Mübarizə" etiraz hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan bildirib.

"Çərşənbə günü saat 12:00-da prokurorluğun binasının qarşısında olun, cinayət işlərini təhvil verəcəyik", - o deyib.

"Biz müxtəlif məmurlara, hətta bədxahlara qarşı iddia qaldırdıq. Biz istədiyimizə nail olana qədər bu proses məqsədyönlü şəkildə davam edəcək. Bir şey istəyirik: Vətən və şərəf".

Qeyd edək ki, müxalifətçilər dünən Konstitusiya Məhkəməsi qarşısında aksiya keçiriblər. Aksiya artıq başa çatıb, etirazçılar Baqramyan prospektini açıblar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.