Dünya

Son 50 ilin fəlakəti: Azı 112 nəfər ÖLDÜ

30 Sentyabr 2024 17:48
Baxış: 357
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həftəsonu Katmandu və ətraf ərazilərə yağan güclü yağışlar nəticəsində azı 112 nəfər ölüb, 70-ə yaxın adam itkin düşüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Nepalın paytaxtında 1970-ci ildən bəri ən yüksək yağıntı qeydə alınıb. Nəticədə alçaq ərazilərdə daşqınlar və sel baş verib.

Himalay Ştatının Meteorologiya Mərkəzinin məlumatına görə, Katmanduya orta hesabla 240, bəzi bölgələrdə isə 322 mm yağıntı düşüb.

Polis sözçüsü Dan Bahadur Karki jurnalistlərə bildirib ki, xilasetmə əməliyyatları davam etdiyi üçün ölənlərin sayı arta bilər. Xilasetmə qrupları üç mindən çox insanı təhlükəsiz yerlərə daşıyıb. Əməliyyatlara helikopterlər və motorlu qayıqlar cəlb olunub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.