Dünya

Makiyaj edərək dünya rekordu qırdı

27 Sentyabr 2024 05:05
Baxış: 1 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Syerra-Leonelidən olan vizajist Meri Yonqai 24 saat ərzində 111 makiyaj edərək dünya rekordu qırıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,bu barədə "Ginnesin Rekordlar Kitabı"nın saytı məlumat yayıb.

Rekordun tanınması üçün Yonqai hər makiyajında tonal krem, konsiler və ya ənlik, ən azı iki rəngli göz kölgəsi, göz layneri, tuş, dodaq boyası və ya dodaq parıldadıcısı, dodaq layneri və preslənmiş kremdən istifadə etməli idi.

O, 24 saat ərzində yalnız bir dəfə 20 dəqiqəlik fasilə edib. Meri heç nə yeməyib, tualetdən istifadə etməyib, qəhvə və enerji içkilər içməyib.

Yonqai rekord vurmağa hazırlaşarkən bacıları və dostları üzərində məşq edib.

Qeyd edək ki, bundan əvvəlki rekord indoneziyalı Marta Tilaara məxsus idi. 2005-ci ildə o, bir gündə 96 makiyaj etmişdi.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.