Dünya

Qriqoryanla 5 saat müzakirə apardıq, iş çoxdur - Overçuk

14 Sentyabr 2024 22:54
Baxış: 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən (sentyabrın 13-də) Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanla keçirilən görüş 5 saata yaxın davam etdi, bu isə o deməkdir ki, birgə iş çoxdur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bu gün Loridə jurnalistlərlə söhbətində deyib.

"Biz həm nəqliyyat kommunikasiyası, həm də ikitərəfli ticarət məsələlərini müzakirə etdik, humanitar və aviasiya, eləcə də turizm sahələrində əməkdaşlığa toxunduq", - deyə Overçuk bildirib.

O əlavə edib ki, iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi üçün səylər göstərilməlidir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.