Dünya

Ekvadorda fövqəladə vəziyyət: Tarixi şəhər alovlara büründü

14 Sentyabr 2024 15:25
Baxış: 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meşə yanğınları səbəbindən Kitonun tarixi mərkəzi tamamilə tüstüyə qərq olub. Bu səbəbdən Ekvador hökuməti paytaxtda fövqəladə vəziyyət elan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qərar şəhərin hüdudları içində olan El-Panesillo təpəsi ətrafında meşə yanğınları başlayandan sonra verilib.

Bildirilir ki, alovların mühasirəsində olan Kitonun sakinləri təxliyə ediliblər.

Yanğınsöndürənlər yaxınlıqdakı yaşayış binalarının təhlükəsizliyini riskə atmamaq üçün alovla müxtəlif tərəflərdən mübarizə aparıblar. Artıq yanğının nəzarətə götürüldüyü vurğulanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.