Bu ölkə liderləri İlon Maskı hədəf aldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kolumbiya prezidenti Qustavo Petro amerikalı milyarder, "X" sosial media platformasının sahibi İlon Maskı "nasist tərəfdarı" adlandırıb.
Milli.Az unikal-a istinadən xəbər verir ki, prezident Petro Quindio inzibati bölgəsindəki çıxışında son vaxtlar solçu Cənubi Amerika liderlərinin hədəfinə çevrilən Maskı tənqid edib. Dünyada alternativ imkanlarını göstərən sosial media platformalarının dünyanın ən zəngin adamları tərəfindən satın alındığına diqqət çəkən Petro, "İlon Mask adlı nasist tərəfdarıdır", - deyə ifadə edib.
Petro, Maskın "X"dəki hesabını "istənilən vaxt" bağlaya biləcəyinə işarə edib.
Son zamanlar siyasi şərhləri ilə diqqət çəkən Mask tez-tez ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harris, Venesuela prezidenti Nikolas Maduro və Braziliya hökumətini hədəf alır.
53 yaşlı iş adamı noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərində keçmiş prezident və Respublikaçılar Partiyasının namizədi Donald Trampı dəstəklədiyini açıqlayıb və digər namizəd Harrisi dəfələrlə tənqid edib.
Venesuela prezidenti Maduro da ölkəsində iyulun 28-də keçirilən prezident seçkilərində üçüncü dəfə qalib gəlib. Bunun fonunda amerikalı milyarder İlon Mask Venesueladakı seçkilərin "saxta" edildiyini iddia edib. Maskın ittihamlarına reaksiya verən Maduro, "Döyüş istəyirsən, Mask? Mən hazıram, Bolivarın oğluyam, Çavesin oğluyam, səndən qorxmuram" deyib və Maska duelə çağırıb.
Maduro həmçinin Venesuelanın əzəli düşməni elan etdiyi Maskı ölkədə zorakılıq törətməkdə ittiham edib.
Mask Maduroya cavabında bildirib ki, dueldə qalib gəlsə, Madurodan diktaturadan istefasını istəyəcək və sahibi olduğu SpaceX ilə Marsa pulsuz göndərəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda cərimələnən klinikanin rəhbəri danışdı - (Video)
-
Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər
-
Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur





