Argentinada avqustda qiymət artımı 4,2 faizdir, ilin əvvəlindən isə inflyasiya demək olar ki, 95% təşkil edib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Respublika Statistika və Siyahıyaalma İnstitutunun dərc etdiyi məlumatda deyilir.
"İstehlak qiymətləri indeksinin ümumi səviyyəsi 2024-cü ilin avqust ayında 4,2%, ilin əvvəlindən isə 2023-cü ilin eyni ayı ilə müqayisədə 94,8% artıb", - hesabatda deyilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun