Kanal D-nin "Uzaq Şehir" ikinci mövsümü ilə ekranlara qayıtmağa hazırlaşır. Çəkilişlərinə ötən həftə start verilən serialın yeni mövsümünün ilk bölümü 15 sentyabr, bazar ertəsi axşamı tamaşaçılara təqdim olunacaq.
Yeni mövsümün təqdimat videosunda diqqət çəkən səhnələr böyük maraq yaradıb. Cihan və Alyanın Boranın məzarı başında əl-ələ dayandığı anlarda, yanlarına gələn sirli bir qadın "Bu məzarda yatan Boran Albora deyil, mənim ərimdir" sözləri ilə həm obrazları, həm də tamaşaçıları şoka salıb.
Ssenarisini Gülizar Irmakın yazdığı, rejissorluğunu isə Ahmet Katıksızın etdiyi serialda Ozan Akbaba, Sinem Ünsal, Gonca Cilasun, Müfit Kayacan, Alper Çankaya, Ferit Kaya, Atakan Özkaya, Sahra Şaş, Mine Kılıç, Dilin Döğer, Nazmi Kırık, İlkay Kayku, Sinan Demirer, Banu Fotocan, Mehmet Polat, Barış Yalçın, Burak Şafak, Yaren Güldiken və Kuzey Gezer kimi tanınmış adlar rol alır.
Lalə Qüdrətova
Milli.Az