Dünya

Tramp prezident seçilsə, Maska hansı vəzifəni verəcək?

6 Sentyabr 2024 07:50
Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Prezident seçilsəm hökumətin effektivliyi komissiyasını yaradacağam".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Nyu-York İqtisadi Klubunda çıxışı zamanı bildirib.

O, milyarder İlon Maskı komissiyanın rəhbəri təyin edəcəyini açıqlayıb. Tramp Maskın quruma rəhbərlik etməyə razılıq verdiyini də deyib.

Prezidentliyə namizəd komissiyanın necə fəaliyyət göstərəcəyi barədə ətraflı məlumat verməsə də, yaradılandan sonra altı ay ərzində fırıldaqçılıq və düzgün olmayan ödənişləri aradan qaldırmaq üçün plan hazırlayacağını bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.