Dünya

Kim Çen daşqınlara görə 30-a yaxın məmuru edam etdirdi

4 Sentyabr 2024 23:10
Baxış: 1 167
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Koreya lideri Kim Çen İn iyulun sonunda ölkədə baş vermiş daşqınlara görə 30-yaxın məmuru edam etdirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, məlumatı Cənubi Koreyanın "Çosun" telekanalı yayıb.

Telekanalın məlumatına görə, edama səbəb minlərlə insanın ölümü ilə nəticələnən təbii fəlakətin vurduğu ziyanın qarşısının alınmaması olub.

Belə ki, regional orqanlarda çalışan 20-30 arası məmur ötən ay güllələnib.

Bildirilir ki, Caqan əyalətində baş vermiş fəlakətli daşqınlarda bir neçə minə qədər insanın həlak olduğu ehtimal edilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.