Dünya

Dünyada daha bir qeyri-adi rekorda imza atıldı - FOTO

7 Sentyabr 2024 15:58
Baxış: 2 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əbdül Hakim Avala adlı 23 yaşlı Qana sakini (Qərbi Afrika ştatı) ağacla ən uzunmüddətli qucaqlaşma üzrə rekord qırıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə RBC Ginnesin Rekordlar Kitabının saytına istinadən məlumat yayıb.

Bildirilib ki, onun bu cəhdi 24 saat 21 dəqiqə davam edib və bu müddət rekord kimi təsdiq edilib. Gənc oğlana fasilə verməyə icazə verilməyib - o, bütün müddət ərzində əllərini ağacın ətrafına dolayaraq dayanmalı olub.

Əbdül Hakim Avala öz cəhdi ilə ölkəsində təbiətin qorunmasının vacibliyini vurğulamaq qərarına gəlib. O, rekordunun neçə dəqiqə davam edəcəyi qədər ağac əkəcəyinə söz verib - 1461 ağac. Ailəsinin doğulduğu Qaru şəhərində səhralaşmanın nəticələrinin şahidi olan gənc indi ümummilli ağacəkmə təşəbbüsü təşkil etməyə ümid edir.

Qeyd edək ki, daha əvvəlki rekord vaxt, 16 saat, bu ilin əvvəlində Uqandalı ətraf mühit fəalı Feyt Patrisiya Ariokot tərəfindən müəyyən edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.