Dünya

10 yaşlı uşaq iki nəfəri öldürdüyünü etiraf etdi

4 Sentyabr 2024 08:58
Baxış: 1 490
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-də 10 yaşlı uşaq Minden şəhərinin (Luiziana ştatı) keçmiş merini və onun qızını qətlə yetirdiyini etiraf edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "NBC" telekanalı yerli polisə istinadən məlumat yayıb.

Bildirilib ki, 82 yaşlı Co Kornelius və onun 31 yaşlı qızının üzərində çox saylı güllə yaraları olan meyitləri kişinin evində tapılıb. Cinayət zamanı eyni evdə olan altı yaşlı uşaq xəsarət almayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qətldə iki tapançadan istifadə edildiyini müəyyən ediblər.

Qeyd olunub ki, ikiqat qətli etiraf edən oğlan keçmiş merin qohumudur. Cinayətin motivləri barədə hələlik məlumat verilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.