Dünya

ABŞ Tiflisi xəbərdar etdi: Tədbir görüləcək

4 Sentyabr 2024 00:51
Baxış: 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Gürcüstandakı "xarici agentlər" haqqında qanuna görə ölkəyə yeni məhdudiyyətlərin ola biləcəyini istisna etmir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller qeyd edib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti Vaşinqtonda narahatlıq doğuran istiqamətdə irəliləməkdə davam edir:

"Biz bu qanunun könüllü qeydiyyatdan keçmək istəməyən hüquqi şəxslərə, o cümlədən mülki təşkilatlara və müstəqil mediaya tətbiqindən narahatıq. Bundan sonra da tədbirlərin görüləcəyini istisna etmirəm".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.