İsrail ordusu İordan çayının qərb sahilinin şimalında yerləşən Cenin və Tulkərm şəhərlərində iki günlük antiterror əməliyyatı zamanı 20 silahlı radikalı məhv edib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail müdafiə qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"Bundan başqa, hərbçilər terror fəaliyyətində iştirakda şübhəli bilinən 17 nəfəri saxlayıblar.
Hazırda əməliyyat davam edir",- məlumatda deyilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun