ÇAXAL açıqladı: 20 radikalı məhv etdik!

30 Avqust 2024 21:17

İsrail ordusu İordan çayının qərb sahilinin şimalında yerləşən Cenin və Tulkərm şəhərlərində iki günlük antiterror əməliyyatı zamanı 20 silahlı radikalı məhv edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail müdafiə qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"Bundan başqa, hərbçilər terror fəaliyyətində iştirakda şübhəli bilinən 17 nəfəri saxlayıblar.

Hazırda əməliyyat davam edir",- məlumatda deyilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun