Fransada saxlanılan "Telegram" messencerinin həmtəsisçisi Pavel Durovun mühafizəçisi və köməkçisi müstəntiqlər tərəfindən dindirildikdən sonra sərbəst buraxılıblar.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Le Figaro" agentliyi öz mənbəsinə istinadən məlumat yayıb.
Qeyd edək ki, Durov avqustun 24-də Parisin Le-Burje aeroportunda saxlanılıb.
Paris prokurorluğunun məlumatına görə, ona qarşı iş iyulun 8-də Fransada açılıb. Pavel Durov 12 cinayətdə ittiham olunur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun