Bu gün Ukrayna Dövlət Bayrağı Günündə Xerson vilayətində işğal altında olan Oleşki şəhərində Ukrayna bayrağı qaldırılıb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Qvardiyasının məlumatında bildirilib.
"Bu, təkcə bizim məğlubedilməzliyimiz və cəsarətimizin simvolu deyil, həm də işğalçılara açıq siqnaldır: Ukrayna həmişə öz torpaqlarına qayıdır", - məlumatda qeyd olunub.
Məlumata görə, aviakəşfiyyat heyəti pilotsuz təyyarədən istifadə edərək şəhərin ən hündür qülləsinə Ukrayna bayrağını asıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun