Dünya

Borrell Arakçı ilə danışdı, təbrik etdi

24 Avqust 2024 07:34
Baxış: 635
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avropa diplomatiyasının rəhbəri Jozep Borrell telefon danışığı zamanı Abbas Arakçını İranın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Borrell mövcud regional və qlobal problemlərə toxunaraq, İran və AB arasında siyasi müzakirələrin, məsləhətləşmələrin yeni hökumət dövründə davam edəcəyinə və genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Arakçı isə iki ölkə arasındakı problemləri həll etmək və Avropa ölkələrinin yanlış siyasətlərini aradan qaldırmaq üçün dialoq lazım olduğunu vurğulayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.