Dünya

Tramp gülləkeçirməz şüşə arxasında... - FOTO

22 Avqust 2024 10:33
Baxış: 830
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Şimali Karolinada seçkiqabağı mitinqdə iştirakçılara müraciət edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  siyasətçi gülləkeçirməz şüşə arxasında ona qarşı edilən sui-qəsd cəhdindən sonra ilk açıq hava tədbirini keçirib.

"76 gün sonra biz bu ştatda qalib gələcəyik və Ağ Evi geri alacağıq" , - Tramp tərəfdarlarına bildirib.

Qeyd edilir ki, gülləkeçirməz panellər səhnə boyunca qoruyucu divar yaradıb. Agentlik snayperlərin sayı da daxil olmaqla, tədbirdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib.

Xatırladaq ki, iyulun 14-də Donald Tramp Pensilvaniya ştatında seçki kampaniyası mitinqində çıxışı zamanı güllələnib. 20 yaşlı Tomas Metyu Kruks Trampın çıxış etdiyi səhnədən 130 metr aralıda yerləşən istehsalat zavodunun damından atəş açıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.