Dünya

Tramp həbsi ilə bağlı hökmün bu tarixə salınmasını istədi

15 Avqust 2024 23:39
Baxış: 941
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Donald Trampın vəkilləri keçmiş prezidentin cinayət işinə baxan hakimdən onun sentyabrın 18-nə təyin edilmiş hökmünü noyabrda keçiriləcək prezident seçkilərindən sonraya təxirə salması üçün müraciət ediblər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, avqustun 13-ü məhkəməyə göndərilən, lakin ötən gün ictimaiyyətə açıqlanan məktubda Trampın vəkilləri qeyd edirlər ki, Respublikaçılar Partiyasının prezidentliyə namizədinin hökmü erkən səsvermənin başlamasından dərhal sonraya nəzərdə tutulur.

Vəkillər bu qərarın təxirə salınmamasını prokurorların seçki prosesinə müdaxiləsi kimi qiymətləndirirlər.

Qeyd edək ki, daha öncə Trampın həbsi iyulun 11-nə nəzərdə tutulmuşdu. İşə baxan hakim Xuan Merçan ABŞ Ali Məhkəməsinin prezidentin toxunulmazlığına dair qərarından sonra Trampın müraciəti əsasında hökmü sentyabrın 16-na, həbsi isə 18-nə kimi təxirə salınıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.