Dünya

Zəlzələ, qəza, xaos... - Məşhur astroloq "ehtiyatlı olun" deyərək tarix göstərdi

16 Avqust 2024 06:38
Baxış: 7 789
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli astroloq Dinçer Güner avqustun 15-də Mars və Saturn arasında yaranan astroloji fəaliyyətə dair xəbərdarlıq edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, astroloq 5 gün davam edəcək fəaliyyət dövründə 12 bürcün cəsarət tələb edən şeylərdən uzaq durmaları lazım olduğunu bildirib.

Onun sözlərinə görə, bu dövrdə cəsarət tələb edən işlərdə uğur qazanmaqda və özümüzü təqdim etməkdə çətinlik çəkə bilərik. Səlahiyyətli şəxslərlə gərginlik və problemlər yarana bilər. Təşəbbüslərimiz əngəllənə, ruhdan düşə bilərik.

İş həyatında xüsusilə müdirlərlə problemlər yarana bilər. Qəzalara, əşyaların qırılmasına meyl var. Xüsusilə ziddiyyətli mühitlərdən uzaq durun. Qan təzyiqi, qanla bağlı pozğunluqlar, iltihab kimi sağlamlıq problemləri yarana bilər.

Bu dövrdə hədəflərinizə çatmaq üçün həmişəkindən daha çox səy göstərməli ola bilərsiniz. Səbirsizlik və məyusluq hissləri arta bilər. Bu günlərdə vacib tələblərinizi dilə gətirməyin.

Təbii fəlakətlərdə də artım ola bilər. Xüsusilə yanğın və qəza xəbərləri tez-tez olacaq. Gərgin dövrdən keçəcəyik. Vulkan fəaliyyətlərinin də şahidi ola bilərik. Dünyanın hər yerində hərbi fəaliyyət və ya terror aktları ola bilər. İqtisadi güc münaqişələrini də görə bilərik.

Bu dövrdə təslim olmaq əvəzinə, əzmlə irəliləmək uzun müddətli uğurun açarı ola bilər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.