Polis Puçdemonu tuta bilmədi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
15:18
İspaniya polisi Kataloniya separatçılarının lideri Karles Puçdemonu tuta bilməyib, o, artıq ölkəni tərk edib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Puçdemonun partiyası "Junts"un baş katibi Jordi Turull yerli radioya açıqlamasında deyib.
Yerli RAC1 radiosunda danışan partiyanın baş katibi bildirib ki, Puçdemon dünən gecəni Fransada keçirib və indi 2017-ci ildən mühacirətdə olduğu Brüsseldən kənarda yerləşən Vaterloo şəhərinə qayıdır.
Turull əlavə edib ki, Puçdemon çərşənbə axşamı (avqustun 6-da) İspaniyaya gəlib.
Puçdemonun vəkili Gonzalo Boye də onun İspaniyanı tərk etdiyini söyləyib.
İspaniya Daxili İşlər Nazirliyi hadisə ilə bağlı "Politico"nun sorğusuna cavab verməyib.
Qeyd edək ki, cümə axşamı (8 avqust) həbs olunan iki polis məmuru Puçdemonun qaçmasına kömək etməkdə günahlandırılır.
İspaniyanın əsas polis həmkarlar ittifaqı "Jupol" siyasətçinin qaçmasını qalmaqal adlandırıb və polisin öz vəzifəsini pozduğunu, bunun qəbuledilməz hal olduğunu bəyan edib.
Kataloniya polis rəhbərinin bu gün axşam saatlarında mətbuat konfransı keçirəcəyi gözlənilir.
Xatırladaq ki, Puçdemon İspaniyanı 2017-ci ildə tərk etmişdi. O vaxtdan bəri hakimiyyət onun qeyri-qanuni müstəqillik referendumunu təşkil etdiyinə görə həbs edilməsinə göstəriş verib. Puçdemon 2017-ci ildə İspaniyadan gizlicə sərhədi keçərək Brüssel yaxınlığındakı Vaterloo şəhərində sığınacaq tapıb. Oradan 2019-cu ildə Avropa Parlamentinin üzvü seçilib. Bu illər ərzində İspaniyada onun həbsi ilə bağlı qərar qüvvədə qalıb.
---------------
2024.08.08
Təxminən 7 il əvvəl İspaniya bölgəsində müstəqillik referendumunu təşkil etdikdən sonra ölkədən qaçan Kataloniyanın sabiq lideri Karles Puçdemon həbs olunma qərarına baxmayaraq, cümə axşamı ölkəyə qayıdıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə AP məlumat yayıb.
Məlumata görə, o, Belçikaya səfərindən sonra Barselonaya nümayişkəranə şəkildə qayıdıb. Onu Barselonanın mərkəzi parkında Kataloniya bayraqları ilə qarşılayıblar. Tədbiri Puçdemonun "Kataloniya naminə birlikdə" siyasi partiyası təşkil edib. Polis Kataloniya parlamentinin binasının yerləşdiyi ərazini bağlayıb.
Onun geri qayıtmasına yerli hakimiyyət orqanlarının necə reaksiya verəcəyi hələ də bəlli deyil.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
-
Rusiyanın itkiləri yeniləndi
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı





