Dünya

Antarktidada yeni temperatur rekordu

9 Avqust 2024 04:04
Baxış: 1 314
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yerin soyuq qütbünün yerləşdiyi Antarktidadakı Vostok stansiyasının alimləri yeni temperatur maksimumunu (-34,2 dərəcə) qeydə alıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Arktika və Antarktika Tədqiqat İnstitutunun (AARI) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda Antarktidada qışdır, iyul və avqust qitə üçün ən soyuq aylardır, qeydə alınan temperatur planetin ən soyuq nöqtəsində qış üçün ən isti göstəricidir.

Xatırladaq ki, indiyədək qeyd edilən ərazidə rekord temperatur minimumu 1983-cü ildə müşahidə edilib və -89,2 dərəcə təşkil edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.