Meta HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü ilə bağlı Malayziyanın Baş naziri Ənvər İbrahimin Feysbuk və İnstaqramda yazılarını sildiyinə görə üzr istəyib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Röyters" məlumat yayıb.
Məlumata görə, silinən paylaşım bərpa edilib.
Qeyd edək ki, ötən həftənin əvvəlində Malayziyanın Baş naziri Ənvər İbrahim Feysbuk və İnstaqramda Haniyənin ölümünə həsr olunmuş yazıları sildikdən sonra Meta korporasiyasını tənqid etmişdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun