Dünya

Haniyəyə sui-qəsdlə bağlı öncədən xəbərdarlıq edilib?

5 Avqust 2024 14:05
Baxış: 1 129
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) HƏMAS Siyasi Bürosunun baş katibi İsmayıl Haniyəyə İrana səfərindən əvvəl sui-qəsd olunacağı barədə xəbərdarlıq edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bildirilib ki, ailə üzvlərinin öldürülməsindən sonra Türkiyəyə gələn İ.Haniyə ilə bağlı şübhəli fəaliyyətlər aşkarlanıb. Beləliklə, MİT İ.Haniyə ilə bağlı ölkədə təhlükəsizlik tədbirlərini gücləndirib.

Qeyd olunub ki, MİT İ.Haniyənin Tehran səfəri ərəfəsində mobil cihazlardan, internetdən və quru nəqliyyatından istifadə ilə bağlı da ona xəbərdarlıq edib.

Məlumata görə, MİT bundan əvvəl iki dəfə - İstanbul və Dohada İ.Haniyəyə qarşı sui-qəsd cəhdinin qarşısını alıb.

Türkiyə hüquq- mühafizə orqanları prosesi yaxından izlədiklərini və mövzu ilə bağlı İranla fikir mübadiləsi aparmağa hazır olduqlarını diqqətə çatdırıb.

Xatırladaq ki, İ.Haniyə iyulun 31-də İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edərkən öldürülüb. Bundan sonra İran rəsmiləri İ.Haniyənin qisasının alınacağı barədə bəyanat veriblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.