Dünya

Bu hücum genişmiqyaslı müharibəyə səbəb ola bilər - ABŞ narahatdır

28 İyul 2024 12:06
Baxış: 1 589
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ səlahiyyətliləri İsrailin Qolan təpələrinə raket hücumunun İsrail ilə Livanın "Hizbullah" hərəkatı arasında genişmiqyaslı müharibəyə səbəb ola biləcəyindən son dərəcə narahatdır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Axios" portalı Amerika rəsmilərinə istinadla məlumat yayıb.

Portal bildirir ki, Amerika rəsmiləri Qəzza zolağında atəşkəs əldə olunmasa, İsraillə "Hizbullah" arasında müharibə ehtimalının getdikcə artacağından ehtiyatlanır. Belə ki, bu, ABŞ-ı regional münaqişəyə daha da sürükləyə bilər.

Qeyd edək ki, raket hücumu zamanı yeniyetmə və uşaqlar da daxil olmaqla azı 12 nəfər həlak olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.