Dünya

Ərdoğan: Mahmud Abbas bizdən üzr istəməlidir

28 İyul 2024 10:15
Baxış: 2 331
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rizədə keçirilən Qeyri-Hökumət Təşkilatları və Sektor Nümayəndələrinin Toplantısında çıxış edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ərdoğan çıxışı zamanı Fələstin Prezidenti Mahmud Abbası tənqid atəşinə tutub.

"Bəzi siyasi partiyalar "Hökumət Fələstin prezidentini Türkiyəyə dəvət etməli və parlamentdə danışdırmalıdır" deyir. Kim deyir ki, dəvət etməmişik? Dəvət etdiyimiz halda gəlməyən möhtərəm Abbasdır. Əvvəlcə bizdən üzr istəməlidir. Dəvət etmişik, amma gözləyirik, görək gələ biləcəkmi", - Ərdoğan bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.