Separatçı sevdalısı, dələduz Okamponun növbəti anti-Azərbaycan isterikası
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Erməni lobbisi və onlardan yemlənən qüvvələr anti-Azərbaycan fəaliyyətə ara vermirlər. Avropa İttifaqının Ermənistanla viza rejiminin liberallaşdırılması barədə dialoqun başlanmasının ardınca növbəti qərəzli və çirkin kampaniyaya start verilib. Erməni lobbisindən yemlənən şəxslər yenə öndədir. Ölkəmizə qarşı qərəzli və çirkin kampaniyada liderlik edən Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo yenidən fəallaşıb. O, aldığı pul müqabilində dünya ermənilərinə Azərbaycanda keçiriləcək COP29-a qarşı kampaniyaya başlamağa çağırış edib.
Ermənidən artıq erməni olmağa çalışan eks prokuror dünya ermənilərinə ünvanladığı açıq məktubunda kütləvi informasiya vasitələrini Azərbaycanda cəza çəkən separatçı erməni terrorçularını azad etmək üçün kampaniyaya başlamasını istəyib. Bu iftira və qərəzli məktub, daha əvvəl isə Ermənistanla viza rejiminin liberallaşdırılması barədə dialoqa başlanılması qərəz və ikili standartların bariz nümunəsi sayıla bilər.
Okampo artıq neçənci dəfədir ki, həbsdə olan separatçı liderlərin azadlığa buraxılması təşəbbüsü ilə çıxış edir. Lakin səyləri nəticəsiz qalıb - nə Ermənistan rəhbərliyi, nə də beynəlxalq güclər bu təşəbbüsə reaksiya veriblər.
Ondan əvvəl Avropanın bir sıra siyasətçiləri, hətta Parisin ermənipərəst meri Ann İdalqo da həbsdə olan erməni separatçıların azad olunması çağırışı ediblər. O ki qaldı Okamponun separatçılar sevgisinə, bu şəxsi 44 günlük müharibə zamanı Gəncə və digər şəhərlərimizin bombalanması əmrini şəxsən verdiyini etiraf edən Araik Arutyunyan, qondarma quruma rəhbərlik etmiş Bako Saakyan və Arkadi Qukasyan, erməni milyarder Ruben Vardanyanla dostluq birləşdirib.
Bədnam keçmişi olan Luis Moreno Okampo korrupsiya, hətta cinsi təqibdə ittiham olunub. İndi də onun erməni kampaniyasının önündə getməsi də təsadüfi deyil. Vaxtilə Araik məhz Okampodan Qarabağdakı vəziyyətə münasibət bildirməyi xahiş edib və bu, faktdır. Eks prokuror da tapşırığı yerinə yetirib və Qarabağda mövcud vəziyyət barədə qərəzli hesabat dərc edib. Keçmiş prokurorun Qarabağda "humanitar fəlakət" yaşanması ilə bağlı yersiz iddiası hətta Qərb mediası tərəfindən təkzib olunmuşdu. O, bir neçə il öncə ofşor maliyyə fəaliyyəti ilə bağlı suala cavabında bildirmişdi ki, Beynəlxalq Cinayət Məhkəməsindəki maaşı onun üçün kifayət etmir.
Yeri gəlmişkən, bu dələduz işğaldan azad edilən Qarabağda "etnik təmizləmə"lərə yol verildiyini belə iddia edib. Okamponun adı MDB məkanında qalmaqallı məhkəmələrdə də hallanıb. Məsələn, o, Centros Commerciales Antei şirkəti vasitəsilə çirkli pulların yuyulmasında ittiham olunan Vladislav Rezniki müdafiə edib.
Bir faktı da qeyd etmək yerinə düşər ki, lobbi ilə Ermənistan hakimiyyəti arasında siyahıda əks olunan şəxslərlə bağlı ortaq mövqe yoxdur. Lobbi hər vəchlə Azərbaycanla sülh razılaşmasına qarşı çıxır, revanşist qüvvələri dəstəkləyir. Ermənistanla Azərbaycan arasında son razılaşmalara qarşı çıxan lobbinin indiyə qədər əldə olunan razılaşmalara reaksiya bildirməməsi də bundan xəbər verir.
Rəsmi İrəvan isə qeyd olunan şəxslərlə bağlı heç bir mövqe ortaya qoymayıb. Görünən odur ki, Azərbaycanofobiya, türkofobiya erməni lobbisinin qurtula bilmədiyi xəstəlikdir. İki ölkə arasında münasibətlərin gərginləşməsi, Azərbaycan torpaqlarının işğalında da diasporun rolu bəllidir. Birinci və İkinci Qarabağ müharibəsi zamanı bölgəyə muzdlu terrorçuların göndərilməsi, maliyyə toplanması, xeyriyyə kampaniyaları altında marafonlar keçirilməsinin də ilhamvericisi məhz onlar olublar.
Bu kampaniyalar ona milyardlarla dollar gəlir gətirib. İndi isə Azərbaycan və Ermənistanın vasitəçilərin iştirakı olmadan sülhə doğru getmələri erməni lobbisinin planlarını pozub. Şübhəsiz ki, Azərbaycanda həbs edilən, məhkəmə qərarlarını gözləyən terrorçuların azad olunmasına çağırış ölkəmizə qarşı növbəti təzyiq vasitəsidir.
Görünən odur ki, erməni lobbisindən maliyyələşən dairələr Azərbaycana qarşı təzyiq göstərməyə çalışırlar. Lakin hər dəfə olduğu kimi, bu dəfə də səyləri əbəs olacaq. Xocalı qatili Vaqif Xaçaturyanla bağlı qaldırılan hay-küy kampaniyası kimi, bu "təzyiq" də nəticəsiz qalacaq. Çünki hədə və haqsız tələblərə baxmayaraq, kütləvi qırğın və terror törətməkdə ittiham olunan şəxslərlə bağlı ədalətli məhkəmə prosesi keçiriləcək və günahkarlar layiqli cəzalarını alacaqlar.
Beləliklə, beynəlxalq anti-Azərbaycan şəbəkə ölkəmizə qarşı növbəti hücuma start verib, lakin bu dəfə Ermənistanın iştirakı olmadan. Kampaniyanı başladanların bu cəhdləri də uğursuz olacaq.
REPORT
DİGƏR XƏBƏRLƏR
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
Nobel mükafatının məbləği artırıldı
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
XƏBƏR LENTİ
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)





