İşdən çıxartdıqları şəxsə 89 min manat ödədilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çində şirkətlərdən biri işçini istefaya məcbur etmək üçün onu dörd gün qaranlıq otaqda saxlayıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "South China Morning Post" yazıb.
Nəşrin iddiasına görə, 2022-ci ilin dekabr ayında "Guangzhou Duoyi Network Co. Ltd" şirkəti Liu Linzhu adlı qrafik dizaynerindən könüllü olaraq istefa verməsi istəyib, lakin o, bunu rədd edib.
Bundan sonra dizaynerin iş hesabına girişi qadağan edilib və ona təlim keçməli olduğu bildirilib. Ardınca Liu işıqsız, kompütersiz və elektriksiz otağa aparılıb və telefonu əlindən alınıb. Ona heç bir tapşırıq verilməyib, sadəcə qaranlıqda boş masada oturmağa məcbur edilib. Qeyd olunub ki, bu proses dörd gün davam edib.
Liunun həyat yoldaşı baş verənlərdən xəbər tutduqdan sonra polisə müraciət edib. Bundan sonra şirkət dizaynerə işdən çıxarıldığı barədə rəsmi məlumat verib. Eyni zamanda, dizaynerin iş saatlarında guya erotik görüntülərə baxdığı bildirilib və bu səbəbdən də ona təzminat ödəməkdən imtina edilib.
Bundan sonra Liu məhkəməyə üz tutub. O, iddia ərizəsində kompüter oyunları dizayneri olduğunu, buna görə də müxtəlif şəkillərlə çox işlədiyini qeyd edib.
Məhkəmə də öz növbəsində onun xeyrinə qətnamə qəbul edib və şirkəti Liuya 380 min yuan (təxminən 89 min manat) ödəməyə məcbur edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
-
Rusiyanın itkiləri yeniləndi
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı





