İran Xəzər dənizində "Xilasetmə və Dəniz Təhlükəsizliyi Təlimi 2024" adı altında hərbi təlimlərə başladığını elan edib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
"Təlimdə ordunun dəniz qüvvələrinin üzən və uçan bölmələrinin, o cümlədən raket buraxılış sistemləri, helikopterlər, SEPAH Hərbi Dəniz Qüvvələrinin üzən bölməsi, eləcə də Rusiyanın SB45 gəmisi iştirak edir", - təlimin sözçüsü Abbas Hüseyni bildirib.
O, Xəzəryanı ölkələrin nümayəndələrinin də bu təlimin müxtəlif mərhələlərini müşahidəçi qismində izlədiklərini deyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun