İran Xəzərdə Rusiya ilə birgə hərbi təlimə başladı

22 İyul 2024 14:49

İran Xəzər dənizində "Xilasetmə və Dəniz Təhlükəsizliyi Təlimi 2024" adı altında hərbi təlimlərə başladığını elan edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.

"Təlimdə ordunun dəniz qüvvələrinin üzən və uçan bölmələrinin, o cümlədən raket buraxılış sistemləri, helikopterlər, SEPAH Hərbi Dəniz Qüvvələrinin üzən bölməsi, eləcə də Rusiyanın SB45 gəmisi iştirak edir", - təlimin sözçüsü Abbas Hüseyni bildirib.

O, Xəzəryanı ölkələrin nümayəndələrinin də bu təlimin müxtəlif mərhələlərini müşahidəçi qismində izlədiklərini deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun