Ayda 10-larla metr uzunluğunda tunellər tapıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yerin təbii peyki heç də Günəş sisteminin ən qonaqpərvər yeri sayılmır. Onun səthində temperatur fərqləri 300°-yə çatır. Ay günü ərzində (Günəş Ayın bir tərəfini işıqlandıranda) temperatur +127°-yə qədər qalxa, Ay gecəsində isə (Günəş olmayanda) -173°-yə qədər düşə bilər.
Milli.Az oxu.az-a istinadən bildirir ki, ayda həm Günəş, həm də kosmosun dərinliklərindən gələn yüksək radiasiya səviyyəsi var. Üstəlik, onun səthinə tez-tez meteorlar düşür.
Bəşəriyyət isə bu qədər qonaqpərvər olmayan səma cismini mənimsəməyi planlaşdırır. Belə ki, Rusiya, Çin və ABŞ-nin Ayda yaşayış bazaları tikmək planları var. Bəs onları necə tikəcəklər? Aydındır ki, burada optimal həll Ayın səthi altına tunel qazmaqdır. Ancaq alimlər bu yaxınlarda kəşf ediblər ki, Ayda artıq tunellər var.
Bu barədə beynəlxalq alimlər qrupunun "Nature Astronomy" jurnalında dərc olunmuş məqaləsində bildirilib.
Məsələ burasındadır ki, ABŞ-nin "Lunar Reconnaissance Orbiter" kosmik aparatı 2010-cu ildə Sakitlik Dənizini (Ayın görünən tərəfində yerləşən region) tədqiq edərkən orada çoxlu çuxur aşkarlayıb və orda temperaturun +17° səviyyəsində saxlanıldığını müəyyən edib. Alimlərin sözlərinə görə, çuxurlarda sabit temperatur kölgələnmə sayəsində qorunur. Belə çuxura nə qədər dərinə getsən, orada temperatur bir o qədər sabit olacaq.
Alimlər güman ediblər ki, bu çuxurların bəzisi çökmüş lava borusudur.
Bu yaxınlarda beynəlxalq alimlər qrupu həmin məlumatları yenidən araşdırıb və Sakitlik Dənizindəki dərinliyi 100 metr, eni təxminən 400 metr olan çuxur onların diqqətini çəkib.
Tədqiqatçılar qeyd etdilər ki, bu sahədə radiolokasiya siqnallarının təhrifləri Ayın bu hissəsi üçün qeyri-tipikdir. Elmin təklif edə biləcəyi ən realistik izahat isə həmin ərazidə boşluqların mövcudluğudur.
"Biz aşkar etdik ki, MTP-dən (Sakitlik Dənizindəki həmin nəhəng çökəklik - red.) gələn radiolokasiya əks-sədalarının bir hissəsini Ay səthinin altında onlarla metr uzunluğunda mağara kanalına aid etmək olar. Bu kəşf göstərir ki, MTP Ay bazası üçün perspektivli yerdir, çünki o sərt səth şəraitindən sığınacaq təklif edir və insanın Ayı uzunmüddətli tədqiqini dəstəkləyə bilər", - deyə alimlər bildiriblər.
Kəşfin müəlliflərinin qiymətləndirməsinə görə, kanal (və ya tunel) səthdən 130-170 metr dərinlikdə yerləşir. Onun uzunluğu 30-80 metr, eni isə təxminən 45 metrdir. Hələlik onun dibinin nə qədər maili olduğunu anlamaq çətindir. Ola bilsin ki, tunel Yer peykinin dərinliklərinə aparır.
Alimlər, həmçinin Ayda belə yerlərin çox olduğunu ehtimal edirlər. Bu gün onun səthində təxminən 200 çuxur məlumdur. Lakin məhz bu 100 metrlik çökəklik ən maraqlı hesab edilir. Ehtimal olunan mağara səthdən ən azı 60 metr dərinlikdə olmalıdır. Bu, gələcək Ay kolonistlərinin özlərini orada təhlükəsiz hiss etmələri üçün kifayətdir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Levandovski fantastik təklif alıb: 90 milyon avro maaş
-
“Koroğlu” körpüsü qəzalı vəziyyətdədir? - Açıqlama
-
“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO
-
Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO
-
Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi - FOTO
-
"Sabah" Azərbaycan Kubokunun qalibi olub - YENİLƏNİB
-
Fədayə Laçın Buzovna çimərliyində ilanları paylaşdı - VİDEO
-
"Borussia"nın ulduzu klubdan ayrılmağa qərar verib - FOTO
-
Məşhur aparıcı vəfat etdi - FOTO
-
Gümüş bahalaşdı
-
Klassik suvaq dövrü tarix olur: Yeni sistem cəmi 6 saata boyana bilir
-
Dünyanın ən yüksək dağı Everest deyilmiş
-
Avropanın tanınmış klubu "Sabah"ın futbolçusunu transfer etmək istəyir
-
Beş bacı-qardaşın hamısı professordur, ataları akademik
-
Gənc yaşda ən böyük səhvləri edən 4 bürc
-
28 marşrutun hərəkət sxemi dəyişdirilir - Bu tarixdən
-
Qatığın tam tutması üçün nə etməli?
-
Şuşa və Gədəbəyə dolu düşdü
-
Bakının mərkəzi küçələrindən biri 2 günlük bağlanır
-
PSJ "Real Madrid"in oyunçusunu istəyir
-
Bakı Dəmiryolu Vağzalında üztanıma ilə ödəniş tətbiq olunacaq
-
“Çakır”dan üzücü xəbər
-
Dünyanın ən isti 50 şəhəri bir ölkədə toplandı
-
Gəncədə yaşayış binasında yanğın olub - FOTO





