Klassik suvaq dövrü tarix olur: Yeni sistem cəmi 6 saata boyana bilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ənənəvi suvaq tətbiqlərinə alternativ olaraq hazırlanan yeni nəsil örtük sistemi inşaat sektorunda diqqət çəkməyə başlayıb. "Gələcəyin suvağı" kimi təqdim edilən yeni məhsulun klassik qaba suvaq mərhələsini ortadan qaldırdığı və tətbiqdən cəmi 6 saat sonra boyana bildiyi qeyd edilir.
Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, sistem xüsusilə uzun quruma müddətləri və sıx tikinti tullantıları səbəbindən tənqid olunan ənənəvi üsullara alternativ yaratmaq üçün hazırlanıb. Yeni suvaq texnologiyasının həm işçilik müddətini azaltdığı, həm də yenidən düzəliş ehtiyacını minimum səviyyəyə endirdiyi ifadə edilir.
Klassik suvaq tətbiqlərində səthin tamamilə quruması günlərlə vaxt ala bildiyi halda, yeni sistemdə bu müddətin bir neçə saata qədər düşdüyü bildirilir. İstehsalçı firmanın məlumatına görə, tətbiq birbaşa divar səthinə edilə bilir və əlavə qaba suvaq qatına ehtiyac qalmır.
Tədqiqatçılar bunun xüsusilə böyük yaşayış layihələrində ciddi zaman üstünlüyü təmin edə biləcəyini düşünürlər. Daha az material istifadə edilməsi və aşağı tullantı miqdarı səbəbindən sistemin xərcləri də azalda biləcəyi vurğulanır.
Yeni nəsil suvaq sisteminin diqqətçəkən tərəflərindən biri də tətbiq zamanı daha az toz və inşaat qalığı yaratmasıdır. Mütəxəssislərə görə, ənənəvi üsullarda rast gəlinən çat düzəlişləri və səth yeniləmə işlərinə bu sistemdə daha az ehtiyac duyulur.
Yeni sistemin xüsusi polimer qatqıları və sürətli quruya bilən kimyəvi komponentlər sayəsində klassik suvaqlardan fərqli işlədiyi qeyd edilir. Material tətbiq olunduqdan qısa müddət sonra səthdə bərkimə başlayır və təxminən 6 saat ərzində boya vurula biləcək səviyyəyə çatır.
Məhsulun əsas üstünlükləri:
Birbaşa kərpic, beton və blok səthlərə tətbiq oluna bilir.
Daha nazik qat halında istifadə edilə bilir.
Çatlama riskini minimuma endirməyi hədəfləyir.
Şirkət rəsmiləri yeni suvaq texnologiyasının iş qüvvəsinə olan ehtiyacı azalda biləcəyini və tətbiq proseslərini daha standart hala gətirəcəyini deyirlər. Xüsusilə artan inşaat xərcləri və zaman təzyiqi səbəbindən sektorun bu növ sürətli sistemlərə yönəlməyə başladığı ifadə edilir.
Braziliya mənşəli olan bu sistemin, xüsusilə sürətli təhvil verilməsi gərəkən böyük yaşayış binaları layihələrində geniş yayılacağı gözlənilir. Mütəxəssislərə görə, yaxın illərdə bənzər texnologiyalar klassik suvaq üsullarını tədricən əvəz etməyə başlaya bilər.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dörd bürc noyabrın sonuna qədər varlanacaq
-
Qışda paltarları radiatorun üzərində qurutmaq təhlükəlidir - xəbərdarlıq
-
“BYD”nin yeni avtomobili 9 dəqiqəyə enerji doldurur
-
Qabarcıqlı sellofan əslində nə üçün icad edilmişdi? — Maraqlı tarixçə
-
Milyarderlərin süfrəsinə qətiyyən qoyulmayan qidalar açıqlandı
-
Həkimlərin də "olmaz" dediyi şeyi 90 il etdi - 117 il yaşadı
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
-
Dörd bürc noyabrın sonuna qədər varlanacaq
-
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
-
Qışda paltarları radiatorun üzərində qurutmaq təhlükəlidir - xəbərdarlıq
-
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
-
“BYD”nin yeni avtomobili 9 dəqiqəyə enerji doldurur
-
Qabarcıqlı sellofan əslində nə üçün icad edilmişdi? — Maraqlı tarixçə
-
"Tünzalə keçmişini unudandır" - Elza Seyidcahan
-
Milyarderlərin süfrəsinə qətiyyən qoyulmayan qidalar açıqlandı
-
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
-
“Verilişlərimizi bağladınız, tənqid olunan şeylər yenə efirdədir" - Zaur Baxşəliyev
-
Həkimlərin də "olmaz" dediyi şeyi 90 il etdi - 117 il yaşadı
-
Sevgilisinə 25 minlik çanta almadı - Qız onu blokladı
-
Səməd Həsənov vəfat etdi
-
Bruno Marsa ağır itki - (Foto)
-
Günün qoroskopu: Qətiyyətli addımlar atmaq üçün münasib vaxtdır.
-
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir - (Foto)
-
Zeynalabdin Allahyarov həbs olundu
-
"Real" Tibo Kurtuanın müqavilə müddətini uzadıb
-
Kristiano Ronaldo karyerasında 986-cı dəfə fərqləndi
-
Naftalanda 3 məktəblini maşın vurub - Yenilənib
-
"Polad Alemdar"ın son halı müzakirə yaratdı - (Foto)
-
Bakıda villada qanlı hadisə - (Video)
-
“Bitcoin” ucuzlaşdı





