Dünya

Ayda mağaralar kompleksi tapıldı: Baza qurulacaq

17 İyul 2024 04:04
Baxış: 4 387
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya və ABŞ astronomları Aydakı sakitlik dənizinin radar görüntülərində onmetrlərlə uzunluğunda kifayət qədər böyük mağaralar kompleksinin mövcudluğuna dair sübutlar aşkar ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu mağaralar gələcək Ay bazalarının tikintisi üçün istifadə oluna bilər.

"Biz yarım əsrdir ki, Ayda oxşar mağara komplekslərinin ola biləcəyi barədə fərziyyələr yürüdürdük. Yalnız indi ilk dəfə olaraq onların sakitlik dənizində olduğunu sübut edə bildik. LRO zondunun göyərtəsindəki Mini-RF cihazı Ayın bu bölgəsinin, o cümlədən mağaraların girişinin yerləşdiyi ərazilərin radar şəkillərini əldə edib", - deyə İtaliyanın Trent Universitetinin professoru Lorenzo Bruzzone bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.