Dünya

Fitsodan sui-qəsd cəhdinə reaksiya...

14 İyul 2024 23:51
Baxış: 763
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin keçmiş prezidenti Donald Trampa və mənə qarşı sui-qəsd oxşar ssenari ilə təşkil edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso özünün Feysbuk səhifəsində yazıb.

"Donald Trampın siyasi opponentləri onu susdurmağa çalışırlar və uğursuzluğa düçar olanda hansısa zavallı adam silaha əl atana qədər ictimaiyyəti qıcıqlandırırlar. İndi də biz barışıq, sakitləşmə və bağışlanma zərurəti haqqında çıxışların şahidi olacağıq", - deyə Slovakiyanın baş naziri əlavə edib.

Xatırladaq ki, Trampa qarşı sui-qəsd cəhdi iyulun 13-də, Fitsoya qarşı silahlı hücum isə mayın 15-də baş verib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.