Dünya

İsrail ordusu Qəzzada məktəb ərazisinə niyə hücum etdi?

14 İyul 2024 19:35
Baxış: 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağındakı Nuseyrat düşərgəsindəki Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin nəzarətində olan məktəblərdən birinin ərazisini orada fəaliyyət göstərən silahlı fələstinli radikalları məhv etmək üçün vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin kəşfiyyat məlumatlarına əsaslanaraq, İsrail Hərbi Hava Qüvvələri Nuseyratdakı Abu Urayban məktəb binası ərazisində fəaliyyət göstərən bir sıra terrorçulara hücum edib. Ərazi sığınacaq kimi xidmət edib və Qəzza zolağında fəaliyyət göstərən İsrail hərbçilərinə qarşı hücumların planlaşdırılması və həyata keçirilməsi üçün əməliyyat infrastrukturu kimi istifadə edilib", - məlumatda deyilir.

İsrail ordusu "zərbələrdən əvvəl mülki əhaliyə zərər vurma riskini azaltmaq üçün çoxlu addımlar atıldığını, o cümlədən dəqiq idarə olunan sursatlardan istifadə edildiyini" vurğulayıb.

"HAMAS terror təşkilatı İsrail dövlətinə qarşı həyata keçirdiyi terror hücumları üçün mülki strukturları və əhalini canlı qalxan kimi istifadə edərək beynəlxalq hüququ sistematik şəkildə pozur", - mətbuat xidməti bildirib.

Qeyd edək ki, "Əl-Qahirə əl-İxbariyyə" telekanalının yaydığı məlumata görə, İsrail qüvvələrinin Qəzza zolağının mərkəzindəki Nuseyrat düşərgəsindəki məktəb binasına endirdiyi zərbələr nəticəsində ən azı 20 fələstinli həlak olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.