Dünya

Dünyada tək olan 2,3 milyon dollarlıq maşın startdan 3 saniyə sonra QƏZAYA DÜŞDÜ - VİDEO

13 İyul 2024 14:04
Baxış: 2 866
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyada cəmi bir nüsxə olan 2,3 milyon dollar dəyərindəki "Lotus Evija X" hiperkarı yarışın başlamasından üç saniyə sonra qəzaya uğrayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, unikal superkar Qudvud Sürət Festivalı zamanı startdan dərhal sonra divara çırpılıb.

Avtomobilin təkərləri sürüşməyə başlayıb və nəticədə sürücü idarəetməni itirib.

Bildirilir ki, sürücünün sağlamlığı üçün təhlükə yoxdur. Superkara gəlincə, onun ön hissəsindəki bəzi hissələr zədələnib.

"Lotus Evija X" Britaniya brendi tərəfindən 2023-cü ildə yaradılmış unikal konsept avtomobildir. O toplam 2039 at gücü hasil edən dörd elektrik mühərrikinə malikdir. Avtomobilin maksimal sürəti 349 km/saatla məhdudlaşdırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.