Dünya

"Azərbaycanla Ermənistan arasında sülhü tez görmək istəyirik"

12 İyul 2024 07:46
Baxış: 1 504
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Arzu edirik ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və barış hökm sürsün".

Milli.Az report-a istinadən xəbər verir ki, bu sözləri NATO sammiti çərçivəsində Vaşinqtonda mətbuat konfransı keçirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycanla Ermənistan arasında sülh sazişi bu ilin sonuna qədər imzalana bilərmi?" sualına cavabında bildirib.

"Biz bu sülhü mümkün qədər tez görmək istəyirik", - Türkiyə lideri söyləyib.

Onun sözlərinə görə, həm Azərbaycan, həm də Ermənistan hakimiyyəti bu istiqamətdə müsbət addımların atılmasının tərəfdarıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.