Dünya

"ABŞ rəsmisi niyə Ermənistanı bu münasibətilə təbrik edir?"

11 İyul 2024 19:54
Baxış: 952
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynaəsilli britaniyalı-kanadalı siyasi elmlər doktoru Taras Kuzio USAİD-in rəhbəri Samanta Paueri Ermənistanın iqtisadi inkişafı səbəblərini bilmədiyinə görə tənqid edib.

Milli.Az report-a istinadən xəbər verir ki, USAİD-in rəhbəri Samanta Pauer "X" sosial şəbəkəsindəki hesabında Ermənistanı iqtisadi artımı münasibətilə təbrik edərək, 2018-ci ilin Məxməri İnqilabından sonra artımın 30% olduğunu qeyd edib.

T.Kuzio isə öz növbəsində "X" sosial şəbəkəsindəki hesabında USAİD-in rəhbərinə cavab verib və ona analitiklər qrupunu dəyişməyi məsləhət görüb.

T.Kuzio qeyd edib ki, Ermənistan iqtisadiyyatının inkişafı bu müddət ərzində ölkənin Qərb mallarının Rusiyaya təkrar ixracında liderə çevrilməsi ilə bağlıdır: "Buna görə sual yaranır ki, ABŞ rəsmisi niyə Ermənistanı Qərb sanksiyalarının pozulması münasibətilə təbrik edir?"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.