Dünya

“Belə məqamlarda Putini öldürmək istəyirsən”

10 İyul 2024 15:50
Baxış: 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə gün əvvəl Kiyevdə "Oxmatdet" uşaq xəstəxanasına raket düşməsinə münasibət bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Zelenski bu barədə Vaşinqtonda Prezident Fondu və Ronald Reyqan İnstitutunda çıxışından sonra danışıb. 

"Mən atayam, Prezidentəm... Və insanları, uşaqları itirmək çox-çox çətindir. Bu insanları, valideynləri görəndə, onların övladları öləndə - bu cür məqamlarda Putini öldürmək istəyirsən", - deyə Ukrayna lideri qeyd edib. 

Onun sözlərinə görə, Rusiya NATO sammiti ərəfəsində tibb müəssisəsinə bilərəkdən zərbə endirib.

Qeyd edək ki, Rusiya ordusu iyulun 8-i Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirib. Hücum zamanı "Oxmatdet" uşaq xəstəxanasına da ziyan dəyib. Şəhərin meri Vitaliy Kliçko zərbə nəticəsində ümumilikdə Kiyevdə 5-i uşaq olmaqla, 34 nəfərin öldüyünü açıqlayıb. Onlardan ikisi "Oxmatdet"də həlak olub. Bununla yanaşı, daha 121 nəfər isə xəsarət alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.