Dünya

İrəvan Rusiyanın “qucağına” qayıdır: Nə baş verir?

7 İyul 2024 11:45
Baxış: 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya, Fransa və Almaniyada seçkilər ərəfəsində Ermənistan hakimiyyəti Qərbdəki vəziyyət aydınlaşana qədər antirusiya fəaliyyətini müvəqqəti dayandırmaq barədə "direktiv" alıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistanın Niderlanddakı keçmiş səfir Dzünik Ağacanyan Ermənistan-Rusiya münasibətlərinin son inkişafı haqda qeyd edib.

O, Ermənistanın Rusiyadakı səfirinin Belqorod qurbanlarını ziyarət etmək üçün bu regiona getməsi, Paşinyanın AB-yə daxil olmağa görə referendum keçirməyin məqsədəuyğun olmadığını bildirməsi və s. kimi son addımları təsadüf saymayıb.

Onun fikrincə, Rusiyaya qarşı çıxışlarda "pauza" Fransa və Böyük Britaniyada seçkilər tam başa çatandan sonra bitəcək.

Ağacanyan Almaniya və ABŞ-da da dəyişikliyin mümkünlüyünə eyham vuraraq, indiki məqamda Ermənistanın Rusiyaya qarşı "müttəfiq yanaşması"nı daha 3-4 ay davam etdirəcəyinə əminliyini ifadə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.