Dünya

ABŞ-ın Kiyev səfirliyinin attaşesi "Hilton"da ölü tapıldı

26 İyun 2024 23:52
Baxış: 567
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiyevdə "Hilton" otelində ABŞ səfirliyinin attaşesinin meyiti tapılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Strana" hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

"Dünən saat 11:00 radələrində ABŞ səfirliyinin attaşesinin meyiti otel otağında tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Həmin şəxs iyunun 15-də Ukraynaya gəlib. ABŞ səfirliyinin verdiyi tibbi məlumatlara görə, kişi yüksək xolesteroldan əziyyət çəkirdi", - məlumatda bildirilib.

ABŞ səfirliyi səfirliyin attaşesinin cəsədinin tapılması barədə məlumatını təsdiqləyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.