Dünya

Serbiya Prezidentindən dəhşətli XƏBƏRDARLIQ: 3 aya elə bir fəlakət olacaq ki…

19 İyun 2024 09:41
Baxış: 2 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynadakı müharibəyə görə dünya əsl fəlakətə yaxınlaşır və bu, 3-4 aya başlaya bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç İsveçrənin "Die Weltwoche" qəzetinə müsahibəsində bildirib.

"Mən üçüncü dünya müharibəsindən yox, ciddi qarşıdurmadan danışıram... İnanıram ki, biz bundan çox da uzaqda deyilik. Yəni 3-4 aydan çox deyil. Və bunun daha tez baş verməsi riski var", - o bildirib.

Vuçiçin sözlərinə görə, qatar getdi və heç kim onu dayandıra bilməz:

"Əgər böyük dövlətlər heç nə etməsə, Ukraynada baş verəcək hər şeyin sonu qaranlıq olacaq. Bəli, tam əminəm ki, qısa müddətdə bizi əsl fəlakət gözləyir. Səbəb odur ki, heç kim sülhə nail olmağa çalışmır".

Onun fikrincə, Qərb Ukraynada uduzmağa tab gətirə bilməz, ABŞ və NATO üçün bu, geosiyasi vəziyyətlərinin pisləşməsi deməkdir:

"Həmçinin Putin müharibəni uduzsa, hər şeyini itirəcək. Hər iki tərəf karta hər şeyini qoyub. Heç kəs məğlubiyyəti özünə rəva görmür. Buna görə də mən açıq şəkildə bəyan etdim ki, biz əsl fəlakətə yaxınlaşırıq".

O əlavə edib ki, bunun qarşısını almaq üçün heç bir yol görmür:

"Bu gün mən neft, şəkər, duz - hər şey, bütün ehtiyatlarımızla bağlı məlumatları yoxladım, çünki gələcəyin hamımıza nə gətirəcəyini bilmirəm".

Vuçiç onu da bildirib ki, Qərbdə insanlar Putini qiymətləndirməyi bacarmır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.