Dünya

Bill Qeyts Çinə görə milyardlarla dollarından keçəcək

17 İyun 2024 17:18
Baxış: 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft"un qurucusu Bill Qeyts Çinə görə nüvə enerjisinə milyardlarla dollar sərmayə qoymaq arzusunda olduğunu deyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, söhbət Vayominqdə nüvə elektrik stansiyası (AES) layihəsindən gedir. Layihə Qeytsin "TerraPower" şirkəti tərəfindən həyata keçirilir.

"Mən bir milyarddan çox sərmayə qoymuşam və daha milyardlarla sərmayə qoyacağam", - deyə iş adamı bildirib.

Qeyd edək ki, layihə reaktorun su əvəzinə natriumla soyudulmasından istifadəni nəzərdə tutur. Bu, təhlükəsizliyi artırmalı və enerji istehsalının dəyərini azaltmalıdır. Stansiyanın 2030-cu ildə istismara veriləcəyi gözlənilir.

Qeyts vurğulayıb ki, layihə ABŞ-yə mümkün qədər çox nüvə enerjisini cəmləşdirməyə imkan verəcək və digər ölkələri, məsələn, Çini yeni nüvə silahı yaratmaq imkanından məhrum edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.